- Baxış sayı: 38
- 07 Avqust 2026 10:00
- Baxış sayı: 217
- Avqust 05, 2026
- 0

Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində “Kəpəz”lə cavab oyununa çıxacaq Moldova “Daçiya”yası azarkeşlərinə müraciət ünvanlayıb. Allsport.az saytı xəbər verir ki, klub saytı vasitəsilə ünvanlanan müraciətdə iyulun 7-də keçiriləcək qarşılaşmada tərəfdarların komandaya dəstək vermələri xahiş olunur.
“Daçiya” rəsmiləri hətta azarkeşlərə matçın keçiriləcəyi Speyaya gəlib-qayıtmaları üçün yol xərclərini də ödəyəcəklərini vəd ediblər. Matçın biletləri isə stadiona gələnlərə pulsuz veriləcək.
Xatırladaq ki, “Daçiya” – “Kəpəz” matçı iyulun 7-də Speyada şəhərinin eyniadlı stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.