“Sarı qızdırma” sülh bağladı, İsrafilov 1 hissə oynadı

İspaniya 2-ci liqasında 37-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, millimizin üzvü Eddi İsrafilovun çıxış etdiyi “Albasete” evdə “Alkorkon”la qarşılaşıb və 1:1 hesablı heç-heçə edib.
 
İsrafilov start heyətdə meydana çıxıb və 46-cı dəqiqədə əvəzlənib. “Sarı qızdırma” hazırda 44 xalla 22 iştirakçı arasında 18-ci pillədə qərarlaşıb.

Həmin kateqoriyadan