- Baxış sayı: 61
- 06 Noyabr 2026 11:42
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Azərbaycan çempionu “Qarabağ”ın UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Şotlandiya “Seltik”inə qarşı keçirəcəyi ilk oyunun vaxtı müəyyənləşib. Allsport.az xəbər verir ki, Şotlandiyada baş tutacaq ilk oyun iyulun 29-da keçiriləcək.
Qlazqoda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə 23:45-də start götürəcək.
Qeyd edək ki, bu komandalar arasındakı cavab görüşü də bir həftə sonra Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.