“Seltik” – “Qarabağ” oyunu avstriyalı hakimlərə tapşırıldı

UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu “Qarabağ”la Şotlandiya “Seltik”i arasında keçiriləcək ilk oyunun hakimləri müəyyənləşib. Allsport.az xəbər verir ki, görüşü avstriyalı hakimlər idarə edəcəklər.

Baş hakim Robert Şörgenhoffer olacaq. Ona Mattias Vinzauerlə Riçard Hubler kömək edəcək. Dördüncü hakim funksiyasını Dominik Ouşan yerinə yetirəcək.

Qeyd edək ki, “Seltik” – “Qarabağ” oyunu iyulun 29-da “Seltik Park” stadionunda keçiriləcək və saat 23:45-də start götürələcək.

Həmin kateqoriyadan