“Seltik”in futbolçusu: “Qarabağ” bizə layiqli rəqibdir”

UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu “Qarabağ”la qarşılaşcaq Şotlaniyanın “Seltik” klubunun müdafiəçisi Çarli Mulqrev bu oyunlar öncəsi fikirlərini açıqlayıb. Allsport.az xəbər verir ki, o, bunları söyləyib:

“Qarabağ” haqqında elə də çox məlumatım yoxdur. Ancaq bilirik ki, ötən mövsüm Avropa Liqasında uğurlu çıxış ediblər. Buna baxmayaraq, iyulun 29-da 60 minlik arenada azarkeşlərin dəstəyi ilə rəqibə qarşı mükəmməl oyun sərgiləcəyimizi düşünürəm. Fikrimcə, “Qarabağ bizə layiqli rəqibdir. Bakıda bizim üçün çətin olacaq. Çünki yol çox uzaqdır. Buna görə də azarkeşlərimiz səfərdə bizə dəstək ola bilməyəcək. Sözsüz ki, bu da bizə mənfi təsir edəcək. 2013-cü ildə Qazaxıstanın “Şaxtyor” klubuna qarşı oynamışdıq. Səfərdə evə əliboş qayıtmışdıq. “Qarabağ”ı Qazaxıstan klubu ilə müqayisə edərdim. Səfərə əlverişli nəticə il gedəcəyimizi düşünürəm. Baş məşqçimiz oyuna hazırlıq prosesində bizdən nələri tələb etdiyini söyləyəcək. Biz də bunu uyğun oynayacağıq”.

Həmin kateqoriyadan