“Seltik”in məşqçisi: “Qarabağ”ı keçəcəyik”

Şotlandiyanın “Seltik” klubunun məşqçisi Con Kollinz UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu “Qarabağ”a qarşı keçirəcəkləri oyunlar öncəsi fikirlərini açıqlayıb. Allsport.az xəbər verir ki, o, klub saytına açıqlamasında bunları söyləyib:

“Məşqçilər korpusu komandanı növbəti oyunlara hazırlamaqla yanaşı rəqibin oyununu analiz etməyə də az vaxt ayırmır. “Qarabağ”ın ötən mövsüm avrokuboklarda keçirdiyi oyunları, Avroliqanın qrup mərhələsi çərçivəsində Milan “İnter”inə, Fransa “Sent-Etyen”inə qarşı matçları izləmişik. Biz doğma meydanda keçirəcəyimiz növbəti avrokubok matçına hazır olduğumuza əmin olmalıyıq. “Qarabağ” səviyyə baxımından bizim əvvəlki rəqibimizi – İslandiya “Styarnan”ını qabaqlayır. Növbəti mərhələyə vəsiqə qazanmaq üçün daha yaxşı oynamağımız lazımdır. “Qarabağ”ın oyunu cəlbedicidir, amma uğur qazanacağımızı düşünürəm”.

Həmin kateqoriyadan