“Seltik”in oyunçuları “Qarabağ” haqda hər şeyi bilirlər”

Şotlandiyanın “Seltik” klubunun məşqçisi Con Kollinz UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirəcəkləri ilk oyun öncəsi fikirlərini açıqlayıb. Allsport.az xəbər verir ki, o, bunları söyləyib:

“Qarabağ” yaxşı komandadır. Heyətində legionerlər, xüsusilə də braziliyalılar var. Bizim futbolçular rəqibimiz barədə hər şeyi bilirlər. Komandamız start fitindən sonadək yüz faiz diqqətli oynamalıdır. Şadıq ki, ilk oyunu “Seltik Park”da keçirəcəyik. Azarkeş dəstəyindən yararlanmağa çalışacağıq. Onlar həmişə bizimlə olublar, komandanı irəli səsləyiblər”.

Həmin kateqoriyadan