Seneqal yaxşı oynasa da…

Dünya Kubokunun “İ” qrupunun ilk oyununda Fransa millisi Seneqalı məğlub edib. Allsport.az saytı xəbər verir ki, Şərqi Rezerfordda “Metlayf” stadionunda keçirilən matç 3:1 başa çatıb. İlk yarıda afrikalılar diqtə edən tərəf olsalar da, fərqlənə bilməyiblər – bəzi məqamda bəxt üz döndərib, bəzisində də dəqiqlik çatmayıb.

Fransa hesabı yalnız 66-cı dəqiqədə Kilian Mbappe aça bilib. 82-ci dəqiqədə Bredli Barkola əvəzetmədən sonra meydana çıxdığı ilk toxunuşda qol vurub. Əlavə vaxtda İbrahim Mbaye fərqi azaltsa da, 1 dəqiqə sonra “Real”ın hücumçusu 2-ci topu hesabına yazıb.

Fransanın növbəti oyunu 23 iyunda İraqa qarşı olacaq, Seneqal isə Norveçlə üz-üzə gələcək.

Həmin kateqoriyadan