Sergey Zenyov: “Qəbələ”yə keçid karyeramda yeni səhifə, yeni hədəflər deməkdir”

“Qəbələ”nin yeni transferi Sergey Zenyov bölgə klubuna keçdikdən sonra ilkin təəssüratlarını bölüşüb. Allsport.az xəbər verir ki, o, klub saytına açıqlamasında bunları söyləyib:

“Qəbələ”yə keçid karyeramda yeni səhifə, yeni hədəflər deməkdir. Yeni komandam Avropa Liqasında çıxış edəcək və Azərbaycan Premyer Liqasında çempionluq uğrunda mübarizə aparacaq. Hədəfləri olan komandada çıxış etmək hər futbolçunun arzusudur. Mən də “Qəbələ”yə keçdiyimə görə məmnunam. “Qəbələ” haqda qiyabi məlumatlara malikəm. İnternet vasitəsilə komandanı, klubun yerləşdiyi şəhəri, şəraiti və bazanı araşdırmışam. Heyətdə daha öncə rəqib kimi qarşılaşdığımız futbolçular var. Bu mənada Qayı, Vernidubu, Bezotosnını tanıyıram. Onların oyununa yaxşı bələdəm. Daha öncə “Karpatı”nın heyətində Avropa Liqasında çıxış etmişəm. Məqsədim təcrübəmdən istifadə edərək komandama həm Avropa Liqasında, həm də ölkə çempionatında kömək olmaqdır”.

Həmin kateqoriyadan