Silva ilə yeni müqavilə imzalanıb

Allsport.az xəbər verir ki, “Real Sosyedad” yarımmüdafiəçisi David Silva ilə müqaviləni 2024-cü ilə qədər uzadıb. Klub bu barədə açıqlamasında bildirib:

“Silva karyerasının zirvəsində olarkən bizimlə qalmağa qərar verdi. Biz və azarkeşlərimiz onun oyunundan həzz almaq imtiyazına sahib olacağıq. Onun oyunu komanda yoldaşlarını daha yaxşı edir. Ən əsası isə bu, hamımızı daha da sevindirir”.

37 yaşlı ispaniyalı futbolçu 2020-ci ildən “Real Sosyedad”da çıxış edir.

Bu mövsüm ispaniyalı bütün turnirlərdə 32 oyun keçirib, 2 qol vurub və 6 məhsuldar ötürmə edib.

Həmin kateqoriyadan