- Baxış sayı: 43
- 02 İyul 2026 17:26
- Baxış sayı: 55
- İyul 02, 2026
- 0

Allsport.az saytı xəbər verir ki, Mançester İngiltərə millisinin futbolçusu Elliot Andersonun keçidi ilə bağlı “Nottingem Forest”lə razılıq əldə olunduğunu rəsmən açıqlayıb:
“Mançester Siti” və “Nottingem Forest” Elliot Andersonun transferi ilə bağlı razılığa gəlib. Hazırda 23 yaşlı futbolçu İngiltərə millisinin heyətində dünya çempionatında çıxış edir və Kanzasda tibbi müayinədən keçib.
Transferlə bağlı bütün rəsmi prosedurlar onun İngiltərəyə qayıdışından sonra tamamlanacaq. “Mançester Siti” Elliota və bütün İngiltərə millisinə dünya çempionatında uğurlar arzulayır və turnir başa çatdıqdan sonra onu Mançesterdə qarşılamağı səbirsizliklə gözləyir”.
Elliot Anderson DÇ-2026-da İngiltərə millisinin keçirdiyi bütün oyunlarda meydana çıxıb.
İngiltərə yığması iyulun 1-də 1/16 final mərhələsində Konqo Demokratik Respublikası üzərində 2:1 hesablı qələbə qazanaraq növbəti mərhələyə yüksəlib.