- Baxış sayı: 36
- 02 Noyabr 2026 23:31
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

“Real”ın baş məşqçisi Joze Mourinyo maraqlı açıqlama ilə gündəmə gəlib.
Allsport.az xəbər verir ki, mütəxəssis sıx qrafikdən və mətbuat konfranslarından danışıb:
“Bir həftədə 3 matç oynamaq çətindir. Bu işin digər pis tərəfi isə mətbuat konfranslarıdır. Sizdən bezdim, siz də məndən bezmisiniz. Artıq verəcək sualınız da yoxdur”.
“Real” La liqada 5 turdan sonra 12 xalla ikinci sıradadır. Madrid klubu lider “Barselona”dan üç xal geri qalır.