- Baxış sayı: 61
- 06 Noyabr 2026 11:42
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Avropa Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Şkendiya” (Makedoniya) – “Neftçi” matçının hakim təyinatları açıqlanıb. Allsport.az saytı xəbər verir ki, UEFA bu qarşılaşmanı belçikalı referilərə həvalə edib.
Görüşün baş hakimi Erik Lamprext olacaq. Bu komandaların oyunu iyulun 21-də Skopyedəki “Filipp II Makedonski” stadionunda keçiriləcək və saat 22:00-da start götürəcək. Tərəflər arasındakı ilk qarşılaşmada qapılara qol vurulmayıb – 0:0.