Slavolyub Srniç: “Qəbələ”ni keçəcəyimizə inanıram”

Serbiyanın “Çukariçki” klubunun yarımmüdafiəçisi Slavolyub Srniç Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri ilk oyunu şərh edib. Allsport.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri görüşdən sonra bunları söyləyib:

“Belqradda yaxşı oynasaq da, daha inamlı qələbəyə imza ata bilmədik. Halbuki, bunun üçün xeyli imkanımız oldu. “Qəbələ” isə öz səviyyəsindən aşağı çıxış etdi. Rəqibimiz təcrübəli futbolçulardan ibarət yaxşı komandadır. Rəqibimiz cavab görüşünü doğma meydanda yox, Bakıda, neytral arenada keçirəcək. Bu üzdən onlar da stadiona uyğunlaşmağa çalışacaqlar. Bu, bizim üçün üstünlük hesab oluna bilər. Bizim daha bir üstünlüyümüz bir-birimizə daha yaxşı uyğunlaşmağımızdır. Baş məşqçimiz bizi yaxşı tanıyır, biz isə onu. “Qəbələ”ni keçib, üçüncü təsnifat mərhələsinə yüksələcəyimizə ümid edirəm”.

Həmin kateqoriyadan