Şlemenko Yemelyanenkodan üzr istəməyə hazır olduğunu bildirib

Allsport.az xəbər verir ki, məşhur rusiyalı döyüşçü Aleksandr Şlemenko Rusiyanın MMA ittifaqının prezidenti Fyodor Yemelyanenko ilə münaqişəsi barədə bunları deyib:

“Fyodor Yemelyanenko ilə söhbətim olmayıb. Ona çatmaq mənim üçün çətindir. O, tanış olmaq və danışmaq asan olmayan bir insandır. Mən hələ bunu edə bilməmişəm. Gələcəkdə danışa bilərik, çünki ümumi bir iş görürük. 

İdmanın gələcəyi və övladlarımızın firavanlığı naminə iş üçün şəxsi nəyisə qurban verməyə hazıram. Əgər Fedorun mənə qarşı iddiaları varsa, ondan üzr istəməyə hazıram. Əsas odur ki, gənclərimiz əziyyət çəkməsin”.

Həmin kateqoriyadan