Son Avropa çempionu “Qəbələ”yə qarşı çıxış edəcək?

Avropa Liqasının 3-cü təsnifat mərhələsində “Qəbələ”nin rəqibi olan Fransanın “Lill” klubunun istirahətdə olan futbolçusu Eder sıraya dönüb.

Allsport.az saytı xəbər verir ki, Portuqaliya millisi ilə Avropa çempionatında iştirak edən, hətta finalda Fransanın qapısına vurulan qələbə qolunun müəllifi olan bu futbolçu klubdakı komanda yoldaşlarından gec düşərgəyə qoşulub.

Bu komandalar arasındakı ilk oyun iyulun 28-də keçiriləcək. Ederin də komandamıza qarşı oynaması istisna deyil.

Həmin kateqoriyadan