Spaletti “Zenit”i təbrik edib

Spaletti “Zenit”i təbrik edib

Allsport.az xəbər verir ki, “Napoli”nin baş məşqçisi Luçano Spaletti “Zenit”i Rusiya çempionu olması münasibətilə təbrik edib.

“Napoli” çempionluğu qazanıbsa və “Zenit” çempion olubsa, bu, o deməkdir ki, mən 2-qat çempionam! Biz eyni şeyi sevirik: dəniz, səma. Eyni rənglərə sahibik.

Aleksey Milleri, dostum Sergey Semakı təbrik edirəm! Oyunçuları və bütün “Zenit” komandasını təbrik edirik! Mən səni sevirəm, “Zenit”!” – deyə Spaletti bildirib.

Spaletti 2009-2014-cü illərdə “Zenit”də çalışıb. O, bu komanda ilə 2 dəfə Rusiya çempionu olub, həmçinin 1 dəfə ölkə kubokunu və superkubokunu qazanıb.

Həmin kateqoriyadan