“Stolüstü tennis hamı üçün”

Həftəsonu Şirvan şəhərinin Məhəmməd Füzuli adına istirahət parkında “İdman hamı üçün” layihəsi çərçivəsində “Stolüstü tennis hamı üçün” tədbir keçirilib.

Allsport.az saytı xəbər verir ki, yerli sakinlər tərəfindən böyük maraqla qarşılanan tədbirə onlarla tennis həvəskarı qatılıb. Məşqçi Anar Abdullayevin rəhbərliyi ilə stolüstü tennis üzrə nümunəvi çıxışlar göstərilib, bu idman növünün xüsusiyyətləri barədə ətraflı məlumat verilib.

Əyləncəli idman tədbirinin təşkilində məqsəd, stolüstü tennis idman növünün təbliği, ümumilikdə idmana marağın artırılması, sağlam həyat tərzinə çağırış və asudə vaxtın səmərəli təşkilidir.

Həmin kateqoriyadan