Stolüstü tennis üzrə Azərbaycan birinciliyi başlanıb

Bu gün yeniyetmə və gənc stolüstü tennisçilərin respublika birinciliyinə start verilib.

Allsport.az xəbər verir ki, “Şüa idman kompleksi”ndə keçirilən yarışda müxtəlif şəhər və rayonları təmsil edən 80-ə yaxın idmançı komanda, şəxsi, qoşa və qarışıq – qoşa növlərdə bacarığını göstərəcək. Birinciliyin ilk günündə komanda yarışlarının qalib və mükafatçıları müəyyənləşib.

2004-2007-ci il təvəllüdlü qızlar:
1) Bakı
2) Sumqayıt
3) Şabran

2004-2007-ci il təvəllüdlü oğlanlar:
1) Bakı -1
2) Sumqayıt
3) Şabran, Bakı -2

2008 və kiçik təvəllüdlü qızlar:
1) Sumqayıt -1
2) Sumqayıt -2
3) Bakı -2, Bakı -1

2008 və kiçik təvəllüdlü oğlanlar :
1) Bakı -1
2) Şabran
3) Sumqayıt -1, Bakı -2
Azərbaycan birinciliyinə oktyabrın 21-də yekun vurulacaq.

Həmin kateqoriyadan