Stolüstü tennisçilərimiz Avropanın ən istedadlıları ilə bir arada

Yeniyetmə stolüstü tennisçilər Onur Quluzadə ilə Yağmur Məmmədli “Eurotalents Development Camp U-13” təlim-məşq toplanışı və turnirində iştirak etmək üçün Rumıniyanın Buxarest şəhərinə səfər ediblər.

Allsport.az xəbər verir ki, onlar seçmə komandanın məşqçisi Elnur Hidayətzadənin rəhbərliyi ilə martın 19-dək keçiriləcək toplanışda bacarıqlarını artıracaqlar. Buxarest toplanışına Azərbaycan idmançıları ilə yanaşı Türkiyə, İngiltərə, İtaliya, Almaniya, İspaniya, Fransa, İsveçrə, Belçika, Çexiya, Avstriya, Rumıniya, Bolqarıstan və Ukrayna təmsilçiləri qatılıblar.

Onur Quluzadə ilə Yağmur Məmmədli ötən il Çexiya, Macarstan və Sloveniyada təşkil olunan seçim turlarındakı nəticələrə əsasən qitənin ən istedadlı idmançıları sırasında yer alıb. Hər iki stolüstü tennisçimiz cari ildə daha 3 analoji toplanışda iştirak etmək hüququ qazanıb.

Həmin kateqoriyadan