Stolüstü tennisçilərimiz Avropanın ən istedadlıları sırasında

Macarıstanın Kişkunfeledhaza şəhərində stolüstü tennis üzrə Avroistedad ilkin təsnifat düşərgəsinə yekun vurulub. Allsport.az saytı xəbər verir ki, mərhələni uğurla bitirən Xədicə EylazovaYağmur Məmmədli yekun ələmədə iştirak etmək hüququ qazanıblar.

Bu düşərgə 16-23 oktyabrda Sloveniyanın Otoçets şəhərində təşkil olunacaq. Daha bir istedadlı stolüstü tennisçimiz Onur Quluzadə iyunda seçimlərin nəticəsinə əsasən həmin toplanışa dəvət alıb.

Həmin kateqoriyadan