Stolüstü tennisçilərimiz dünya reytinqinə başçılıq edirlər

Allsport.az xəbər verir ki, stolüstü tennisçilər Yağmur Məmmədli ilə Onur Quluzadə 13 yaşadək idmançılar arasında qarışıq – qoşa növdə dünya birincisidirlər. Beynəlxalq stolüstü tennis federasiyasının açıqladığı yeni siyahıya 30 xalla Azərbaycan idmançıları başçılıq edirlər.

Onlar ən yaxın izləyiciləri olan Sinqapur təmsilçilərini 5 xal qabaqlayırlar. İlk üçlüyü 21 xalla Livan idmançıları qapayırlar.

Reytinq siyahısı idmançıların yarışlardakı nəticələrinə əsasən tərtib olunur. Yağmur Məmmədli ilə Onur Quluzadə son olaraq mart ayında Türkiyənin Antalya şəhərində keçirilən “WTT youth contender” yarışının qarışıq-qoşa turnirində bürünc mükafata layiq görülmüşdü.

Həmin kateqoriyadan