Stolüstü tennisçilərimiz Türkiyədə hazırlıq keçəcək

Azərbaycanın yeniyetmə stolüstü tennisçiləri növbəti təlim-məşq toplanışına qatılacaqlar.

Allsport.az xəbər verir ki, milli komandanın 12 üzvü bu məqsədlə Türkiyəyə yollanıb.

İdmançılarımız məşqçi Elnur Hidayətzadənin rəhbərliyi ilə noyabrın 11-20-də Yalova şəhərində keçiriləcək toplanışda iştirak edəcəklər. Fiziki və taktiki-texniki keyfiyyətlərin yüksəldilməsi məqsədi ilə təşkil olunan hazırlıq prosesində yerli idmançılarla görüşlər də nəzərdə tutulub.

Qeyd edək ki, mütəmadi şəkildə həyata keçirilən bu cür toplanışlar qarşıdakı mühüm beynəlxalq yarışlara hazırlıq baxımından əhəmiyyətlidir.

Həmin kateqoriyadan