Stolüstü tennisçimiz Avropanın ilk 8-liyində

Polşanin Qlivitse şəhərində yeniyetmə və gənc stolüstü tennisçilərin Avropa birinciliyində Mərziyyə Nurmətova ilk səkkizlikdə yer alıb. Allsport.az saytı xəbər verir ki, 15 yaşlı idmançı 1/32 finalda Niderland təmsilçisinə 4:3, 1/16 finalda yunanıstanlı rəqüibinə 4:2, 1/8 finalda ukraynalıya 4:1 hesabları ilə qalib gəlib.

1/4 finalda İspaniya idmançısına 1:4 hesabi ilə uduzan Mərziyyə qitə birinciliyini ilk səkkizlikdə başa vurub. Bu, müstəqillik dönəmində azərbaycanlı stolüstü tennisçilərin Avropa birinciliyində göstəridiyi ən yaxşı nəticədir.

Həmin kateqoriyadan