Stolüstü tennisçimiz beynəlxalq yarışın mükafatçısı oldu

Stolüstü tennisçimiz Mərziyyə Nurmətova Misirin paytaxtı Qahirədə keçirilən dünya seriyalı “WTT youth contender” turnirində bürünc medal qazanıb.

Allsport.az xəbər verir ki, seçmə komandanın məşqçisi Elnur Hidayətzadənin rəhbərliyi ilə yarışa qatılan idmançı qarışıq qoşa turnirdə birgə mübarizə apardığı yəmənli Ebrahim Qurbanla fəxri kürsünün 3-cü pilləsinə qalxıb.

Mərziyyə Nurmətova ilə Yağmur Məmmədli sabah şəxsi yarışlarda bacarığını göstərəcək. Beynəlxalq turnirə oktyabrın 29-da yekun vurulacaq.

Həmin kateqoriyadan