Stüart Armstronq: “Seltik”i “Qarabağ”la gərgin mübarizə gözləyir”

Şotlandiyanın “Seltik” klubunun yarımmüdafiəçisi Stüart Armstronq UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu “Qarabağ”a qarşı keçirəcəkləri ilk oyun öncəsi fikirlərini açıqlayıb. Allsport.az xəbər verir ki, o, bunları söyləyib:

“Bizi gərgin mübarizə gözləyir. “Qarabağ”ın oyunlarına baxmışıq. Rəqib meydanda yaxşı hərəkət edir, top saxlamağı bacarır, üstünlüyü əldə saxlamağa çalışır. Ümumiyyətlə, fərqli çempionatlarda, fərqli üslublarda oynayan komandalara qarşı mübarizə aparmaq çətindir. Amma biz qarşıdakı oyuna yaxşı hazırlaşmışıq. Ev oyununda 2:0 hesablı qələbə səfər öncəsi bizim üçün yaxşı üstünlük olardı. Baş məşqçimiz nəyi necə edəcəyimizi bizə başa salıb. “Seltik Park”da oynayacağıq. Matçın startını səbrsizliklə gözləyirik. Uğur qazanacağımıza ümidliyik. Amma rəqibimiz bizə problem yarada bilər. Bu üzdən də mərhələ adlamaq üçün əlimizdən gələni etməliyik”.

Həmin kateqoriyadan