Suares: “Bizim üçün Messi dünyanın ən yaxşısı idi”

Hazırda “Qremio”da çıxış edən Luis Suares “Barselona”nın heyətində Lionel Messi Neymarla birgə oynadığı vaxtları xatırlayıb.

Allsport.az xəbər verir ki, hücumu bu sözləri deyib:

“Bizim üçün Messi dünyanın ən yaxşısı, Neymar isə ikinci idi. Onlar mənə qələbələr qazanmağa kömək etdilər. Bu, üç ulduzun eyni komandada oynamasının mümkünlüyünün daha bir sübutudur. Belə şeylər fərdi qələbələrdən daha çox komanda qalibiyyətlərini hədəfləyir. Düşünürəm ki, bizi yaxşı komanda yoldaşları edən də elə bu oldu”.

Suares 2014-2020-ci illərdə, Neymar 2013-2017-ci illərdə, Messi isə 2004-2021-ci illərdə “Barselona”da oynayıb.

Həmin kateqoriyadan