Sumo üzrə Avropa birinciliyində 2 qızıl, 3 gümüş, 2 bürünc

İsveçrənin Renens şəhərində sumo üzrə U-18 yeniyetmələrin Avropa birinciliyində Rauf Yadigarlı (mütləq çəki), Cavidan Nəhmətov (70 kq) qızıl, Coşqun Kəlbiyev (55 kq), Kəmran Rəcəbli (70 kq), Abdullah Şərif (90 kq) gümüş, Rauf Yadigarlı (+100 kq) bürünc medal qazanıblar.

Allsport.az saytı xəbər verir ki, komanda yarışında Rauf Yadigarlı, Məhəmməd Təmirov, Şərif Abdullah, Əli Hümbətzadə bürünc medala sahib olublar.

Azərbaycan komandası 7 medal (2 qızıl, 3 gümüş, 2 bürünc) qazanaraq, kişilərdə ümumi hesabda 2-ci yer tutub.

Həmin kateqoriyadan