“Sumqayıt” “Kəpəz” və AzAL-la qarşılaşacaq

“Sumqayıt” Futbol Klubu 2015/16 mövsümü üçün hazırlığın ilk mərhələsinə iyulun 1-də start verəcək. Allsport.az xəbər verir ki, sözügedən komanda gündə 2 dəfə olmaqla “Kapital Bank Arena”da hazırlaşacaq.

Bu müddət ərzində “Sumqayıt” FK 3 yoxlama matçı keçirəcək. Komanda ilk olaraq iyulun 4-də “Kəpəz”lə üz-üzə gələcək. Həmin qarşılaşma saat 18:00-da “Dalğa Arena”da baş tutacaq.

“Sumqayıt” FK növbəti yoxlama oyununu iyulun 11-də AZAL-a qarşı keçirəcək. Həmin görüş isə “Kapital Bank Arena”da saat 19:00-da start götürəcək. Digər rəqib barəsində isə məlumat veriləcək.

Həmin kateqoriyadan