“Sumqayıt” Məhəmməd Qurbanovu “Neftçi”yə satdı

“Sumqayıt” Futbol Klubu uğurlu transfer siyasətini həyata keçirməkdədir. Allsport.az klub saytına istinadla xəbər verir ki, bu komanda əsas millimizin hücumçusu Məhəmməd Qurbanovu “Neftçi”yə satıb.

Paytaxt təmsilçisi 23 yaşlı futbolçunun qarşılığında müəyyən məbləğdə vəsait və müdafiəçi Emin Mehdiyevi “Sumqayıt”a verib. Mehdiyevin yaxın vaxtlarda bu komanda ilə müqavilə imzalaması gözlənilir.

Qeyd edək ki, 2014-cü ilin yanvarından “Sumqayıt”da çıxış edən Məhəmməd Qurbanov Premyer Liqada ümumilikdə 19 qola imza atıb.

Həmin kateqoriyadan