Sumqayıtda seminar

Azərbaycan taekvondo federasiyası dünya qlobal üzvlük sisteminə qoşulub. Allsport.az xəbər verir ki, bu sistemin daha yaxşı qavranılması, eləcə də federasiya klublarının prosesə daha aktiv qoşulması üçün Sumqayıtda ilk təqdimat xarakterli tədbir keçirilib.

Təqdimatda ATF-nin beynəlxalq əlaqələr komitəsinin sədri, sistemin Azərbaycan üzrə koordinatoru Cəlal Səfərov, texniki-təchizat şöbəsinin rəhbəri Edqar Hənifəyev, məktəbin taekvondo bölməsinin baş məşqçisi Rəşad Məmmədov və məşqçisi Elşad Qüdrətli, idmançılar və onların valideynləri iştirak ediblər.

Həmin kateqoriyadan