“Təhsil” RİM-in güləşçiləri İstanbulda 10 medal qazanıb

İstanbulda güləşçilərin beynəlxalq turnir keçirilib. Allsport.az saytı xəbər verir ki, “Təhsil” RİM-in yunan-Roma üslubu üzrə yığması yarışda uğurla çıxış edib. Cavidan Nəhmətov (65 kq) bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıb.

Əli Əlbəndov (62 kq), İslam Rüstəmli (85 kq) 2-ci, Rəvan Sarızadə (48 kq), Arif Nemətov (52 kq), Habil Səmədov (52 kq), Nihad Bədəlov (62 kq), Elxan İsayev (68 kq), Vaqif Şahverdiyev (76 kq) və Namiq Əhmədov (97 kq) 3-cü yer tutublar.

Həmin kateqoriyadan