“Təhsil” U-16 Liqasının qalibi oldu

U-16 UNICEF qızlar Liqasının 2014/2015-ci il mövsümü başa çatıb. Allsport.az xəbər verir ki, Liqanın son iki oyunu Bayıl stadionunda keçirilib.

3-cü yer uğrunda qarşılaşmada Zaqatalanın eyniadlı təmsilçisi Qaxın UGİM komandasına 6:0 hesabı ilə qalib gəlib. Finalda isə “İmişli” komandasını 3:1 hesabı ilə məğlub edən Bakının “Təhsil” komandası U-16 UNICEF qızlar Liqasının qalibi olub.

Final oyunundan sonra keçirilmiş təltifetmə mərasimində mükafatları AFFA-nın İcraiyyə Komitəsinin üzvü, Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov, Gənclər və İdman Nazirliyinin İdman Şöbəsinin müdiri, AFFA-nın İcraiyyə Komitəsinin üzvü Mirkamil Rəhimov və Təhsil Nazirliyinin Məktəbdənkənar Fəaliyyətin Təşkili Şöbəsinin müdir müavini Vasif Məmmədov təqdim ediblər.

Liqanın ən yaxşı oyunçusu “İmişli” komandasının üzvü Rövşanə Sərdarlı seçilib. Mövsümün ən məhsuldar futbolçusu isə 29 qolla “Təhsil” komandasının üzvü Nərminə İsmayılova olub.

Həmin kateqoriyadan