Tərlan Quliyev: Bu qələbənin ardını Almaniya ilə oyunda gətirmək lazımdır

Qətər və Azərbaycan futbol komandaları arasında yoldaşlıq görüşü 2:1 hesabı ilə xeyrimizə bitib. Allsport.az saytı xəbər verir ki, millimizin ilk qolunu vurmuş Tərlan Quliyev AFFA-nın rəsmi saytına oyun barədə danışıb:

“Milli komandanın heyətində ilk qolumu vurdum və buna görə çox sevinirəm. Vacib olan komandamızın qələbə qazanması idi. Bu qələbə Almaniya yığması ilə oyuna yaxşı motivasiya olmağımıza kömək edəcək. Meydanda əzmkarlıq nümayiş etdirdik. Bu qələbənin ardını gətirmək lazımdır.

Birinci hissədə hər iki komanda kəşfiyyat xarakterli oyuna üstünlük verdi. Fasilədən sonra biz hesabı açdıq və sanki rəqib ayıldı, hücumlar qurmağa başladı. Bu da normal haldır, çünki Qətər yığması ev sahibidir. Əsas qələbə qazanmaq, Almaniya millisi ilə oyuna yüksək əhval-ruhiyyədə yollanmaq idi, biz də bunu bacardıq”.

 

Həmin kateqoriyadan