- Baxış sayı: 54
- 24 Sentyabr 2026 22:58
- Baxış sayı: 76
- Sentyabr 25, 2026
- 0

Suqovuşanda ümummilli lider Heydər Əliyevin xatirəsinə avarçəkmə üzrə “Prezident kuboku” beynəlxalq reqatasında 1-yerlik kayak qayığında 200 metr məsafəyə yürüşdə Əlimurad Hacızadə 3-cü yer tutdu. Allsport.az saytı xəbər verir ki, yarışdan sonra o sevincini KİV-lə bölüşdü:
“İşğaldan azad olunmuş ərazidə fərqlənmək qürurvericdir. Bu dəfə burada hava soyuq idi. Tərslikdən külək də yandan əsirdi. Bu zaman avarçəkmə çətinləşir. Növbəti yürüşlərdə nəticəmi yaxşılaşdırmağa çalışacağam”.