Təyyarə qəzasında həlak olan futbolçunun bacısı intihar etdi

2019-cu ildə təyyarə qəzasında vəfat edən futbolçu Emiliano Salanın bacısı intihar edib. Allsport.az xəbər verir ki, mərhumun bacısı Romina Sala zəhərli maddələr içdikdən sonra özünü asaraq intihar etmək istəyib.

Hazırda reanimisiyada olan qadının durumu kritikdir. Həkimlərin dediyinə görə, onun orqanizmi çoxlu zərər görüb. Emiliano Salanın faciəvi ölümündən 3 ay sonra onun atası Horasio da infarkt keçirərək vəfat etmişdi.

“Nant”dan “Kardiff Siti”yə transfer olan argentinalı forvard yeni klubu ilə müqavilə imzalamağa gedərkən herikopterin La-Manş boğazına düşməsi nəticəsində 28 yaşında həlak olmuşdu.

Həmin kateqoriyadan