Taekvondo camiyəsi də prezident seckilərində İlham Əliyevi dəstəkləyəcək

Bu gün Taekvondo federasiyasında 11 aprel prezident seçkiləri ilə bağlı toplantı keçirilib. Allsport.az saytı xəbər verir ki, ATF rəhbərliyi və məşqçi-müəllimər, eləcə də idmançıların iştirak etdiyi tədbirdə çıxış edən vitse-prezidentlər –  Nağı Səfərov, Niyaməddin Paşayev və baş katib Həmdiyyə Məmmədov, ölkədə bütün sahələrdə olduğu kimi idman sahəsində də aparılan islahatlardan danışıblar, dövlət başçısı İlham Əliyev tərəfindən idmana və idmançılara göstərilən diqqət və qayğını yüksək qiymətləndiriblər.

Nağı Səfərov cənab prezidentin idmanın inkişafı, cəmiyyətdə idmançıların nüfuzunun artırılması istiqamətində həyata keçirdiyi siyasət idmançılar tərəfindən böyük rəğbətlə qarşılandığını deyib. Ölkəmizdə keçirilən tədbirlər buna bariz nümunədir. Vitse-prezident taekvondoçuların da qarşıdakı prezident seçkilərində İlham Əliyevi dəstəkləyəcəklərinə əminliyini ifadə edib. Çıxış edən idmançılardan Dünya və Avropa çempionları, olimpiya mükafatçıları da prezident İlham Əliyevin siyasətini dəstəkləyir və seçkilərdə ona səs verəcəklərini bildiriblər.

Həmin kateqoriyadan