Taekvondo federasiyası yeni sistemə keçir

Dünya taekvondo federasiyası DTF qlobal üzvlük sisteminin Azərbaycan taekvondo federasiyasında tətbiqinə dair təqdimat və seminar keçirilib. Allsport.az xəbər verir ki, DTF qlobalın meneceri Sərvər Şamusarov, sistemin Azərbaycan üzrə koordinatoru Cəlal Səfərov iştirakçılara proseduru izah edib.

Dünya taekvondo federasiyasının yeni qərarına əsasən, bütün üzv ölkələr 2021-ci ildən etibarən məcburi qaydada bu sistemə qoşulmalıdır. Sistemin verdiyi üstünlüklər, ölkədə yerli yarışlara canlı qeydiyyat, püşkatma, yarışların gedişatı, yarış sonu statistik məlunatların təmin olunması, ölkədaxili reytinqlərin çıxarılmasına şərait yaradır.

Azərbaycan taekvondo federasiyası bu sistemə qoşularaq tətbiqin 2021-ci ilə qədər hazır olması barədə qərar qəbul edib.

Həmin kateqoriyadan