Taekvondo federasiyasının rəhbərliyi Cavad Ağayevi və gənclər millinin məşqçilərini təbrik edib

Xəbər verdiyimiz kimi, Buenos Ayres-2018 yeniyetmələrin 3-cü olimpiya oyunlarna yekun vurulub. Allsport.az saytı xəbər verir ki, olimpiya millimiz artıq Vətənə qayıdıb. Yarışda uğur qazananlar arasında taekvondoçu Cavad Ağayev də vardı.

Bu gün ATF-in rəhbər heyəti onu və yığma komandanın baş məşqçisi Məmməd Abdullayevi, böyük məşqçi Zahid Məmmədovu təbrik edib. Görüşdə vitse-prezidentlər Nağı Səfərov və Niyaməddin Paşayev, eləcə də millinin rəisi Bəxtiyar Mirzəliyev, idarə heyətinin üzvü Vüqar Məmmədov iştirak ediblər.

Oyunlarda bürünc medalçının çıxışını müsbət qiymətləndirərək, gələcək yarışlarda da ondan uğur gözlədiklərini deyiblər. Məmməd Abdullayev yaradılan şəraitə və dəstəyə görə federasiya rəhbərliyinə öz minnətdarlığını bildirib.

Həmin kateqoriyadan