Taekvondo komandalarımız Niderlandın açıq birinciliyində yüksək səviyyədə çıxış edir

Taekvondo komandalarımız Niderlandın açıq birinciliyində yüksək səviyyədə çıxış edir

Taekvondoçularımız Eyndhoven şəhərində keçirilən Niderlandın açıq birinciliyində də uğurlu çıxış edirlər. Allsport.az saytı xəbər verir ki, “Dutch open”in ilk günü komandalarımız 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar.

Ramin Əzizov (87 kq) və Fəridə Əzizova (67 kq) fəxri kürsünün ən yüksək pilləsinə çıxıblar. Yığmanın digər aparıcı üzvü Ayxan Tağızadənin (68 kq) 3-cü olub.

Gənclərdə Ayaz Qənbərli (51 kq) finalda yenilib. Cavad Ağayevin (63 kq) bürünc medala yetişib. “G1” dərəcəli yarışın qalibi 10 xal reytinq xalı qazanır.

Həmin kateqoriyadan