- Baxış sayı: 68
- 05 Avqust 2026 22:33
- Baxış sayı: 100
- Avqust 10, 2026
- 0

23-24 noyabrda Çində taekvondoçuların “Böyük dəbilqə”si keçiriləcək. Allsport.az saytı xəbər verir ki, bu yarışda millimiz də iştirak edəcək.
Baş məşqçisi Rza Mehmandost və böyük məşqçi Rəşad Əhmədovun rəhbərliyi ilə Asiyaya Qaşım Məhəmmədov (58 kq), Əli Məmmədov (hər iksi – 58 kq), Məhəmməd Məmmədov, Ayxan Tağızadə, Ələskər Əliyev (68 kq), Səid Quliyev (80 kq), Ramin Əzizov (+80 kq) və Payam Qobadi (+80 kq) yollanacaqlar.
Qadınların mübarizəsində Patimat Abakarova və Fəridə Əzizova zədəli olduqları üçün mübarizəyə qatılmayacaqlar.