Taekvondo üzrə məşqçi-müəllimlər və hakimlər üçün seminar

Bu gün Azərbaycan Taekvondo Federasiyasının idman zalında məşqçi-müəllimlər və hakimlər üçün nəzərdə tutulmuş seminarlara start verilib. Allsport.az saytı xəbər verir ki, 31 marta qədər davam edəcək toplantıya, ölkədə fəaliyyət göstərən klub və bölmələrin məşqçi-müəllimləri, eləcə də milli və beynəlxalq dərəcəli hakimlər qatılıblar.

Tədbirin təşkil olunmasında məqsəd, Dünya Taekvondo Federasiyası tərəfindən tətbiq edilmiş yeni qaydalarla həm məşqçi-müəllimləri, həm də hakimləri tanış etməkdir. Hər iki seminar, ATF-nin texniki direktoru Oh Kvanq Çeol (rxan0 tərəfindən keçiriləcək və iştirakçılara xüsusi sertifikatlar təqdim ediləcək.

Həmin kateqoriyadan