Taekvondo üzrə ölkə çempionatı keçiriləcək

Sumqayıt olimpiya idman kompleksində kişilər və qadınlar arasında taekvondo üzrə Azərbaycan çempionatı keçiriləcək.

Allsport.az xəbər verir ki, yarışda 17 yaşdan yuxarı idmançılar iştirak edəcəklər. 
Turnirdə 100-ə yaxın taekvondoçu mübarizə apararaq. Yarış koronavirus pandemiyası ilə əlaqədar müəyyən olunan karantin rejimi qaydalarına uyğun və bütün şərtlərə əməl edilməklə təşkil ediləcək.

Yarış zamanı idmançıların valideynləri və tamaşaçılar zala buraxılmayacaqlar.
Dekabrın 4-də start götürəcək turnir 2 gün davam edəcək.

Həmin kateqoriyadan