Taekvondoçularımız Almaniyaya yollandı

Almaniyanın Zindelfinger şəhərində uşaq taekvondoçular arasında Avropa birinciliyi keçiriləcək. Yarışda respublikamızda fəaliyyət göstərən taekvondo klub və bölmələrindən 10 idmançı medallar uğrunda mübarizə aparacaq.

Allsport.az xəbər verir ki, 7-8 dekabr tarixlərində keçiriləcək yarışda “Ümid” taekvondo klubunun yetirmələrindən Mehdi Budaqlı (27 kq), Fərid Quşxani (35 kq), Təhsil-Sumqayıt komandasını təmsil edən Aydın Süleymanov (32 kq), Aydın Məhərrəmli (35 kq), Elmira Bayrak (22 kq), Xanım Məmmədova (32 kq), Gədəbəy komandasından Süleyman Həsənov (24 kq), və Sevil Bağırova (29 kq), “Əmin” taekvondo klubunun idmançısı Mürşüd Qasımov (39 kq), və fövqəladə hallar nazirliyinin taekvondoçusu Tamerlan Yaqubov (29 kq) iştirak etmək üçün artıq Almaniyaya yollanıb.

Taekvondoçular məşqçi-müəllimlərdən İlkin Şahbazov, Rəşad Məmmədov, Beyrək BağırovZiya Qasımovun rəhbərliyi ilə yarışa qatılacaq.

Yarışlar 7-8 dekabr tarixlərində keçiriləcək.

Həmin kateqoriyadan