Taekvondoçularımız Avropa çempionatına Özbəkistanda hazırlaşacaq

Bu gün taekvondoçularımız Avropa çempionatına hazırlıq məqsədi ilə Özbəkistana yollanıblar. Allsport.az saytı xəbər verir ki, təlim-məşqlərin ilkini Bakıda keçirən millilərimiz, 2-ci mərhələsini yurd dışında keçirəcək. Komandamız Daşkənddə təşkil olunan beynəlxalq məşqlərə 14 (8 kişi və 6 qadın) idmançı ilə qatılacaq.

Baş məşqçisi Rza Mehmandost, böyük məşqçi Sənan Həşimov, qadınların baş məşqçisi Səbuhi Zülfüqarov və böyük məşqçi Rəşad Məmmədov məşqlərə Minayə Əkbərova, Fatimə Məcidova, Patimat Abakarova, Fəridə Əzizova, Sevda Pirseyidova, Qönçə Hüseynli, Radik İsaev, Milad Beigi Hərçəqani, Xanoğlan Kərimov, Pərviz İskəndərov, Taleh Süleymanov, Qaşım Məhəmmədov, Səyyad Əlizadə və Eltac Qafarovu cəlb edib.

Təlim-məşqlər mayın 8-dək davam edəcək.

Həmin kateqoriyadan