Taekvondoçularımız Lüksemburqda güclərini sınayacaq

9-10 iyulda Lüksemburqda taekvondoçular açıq yarış keçiriləcək. Allsport.az saytı xəbər verir ki, G1 kateqoriyalı turnir həm reytiq xalları, həm də Rio-2012 öncəsi önəmli əhəmiyyət kəsb edir. Kişilərdən ibarət millinin baş məşqçisi Rza Mehmandost və böyük məşqçi Elnur Amanov bu yarışda, tam heyətə üstünlük verib:

Məcid Soyiyev (54 kq), Mikayıl Əliyev (58 kq), Məhəmməd Məmmədov (63 kq), Sina Bahrami və Ayxan Tağızadə (hər ikisi -68 kq), Səid Quliyev (74 kq), Milad Beigi Hərçəqani (80 kq), Ramin Əzizov, Payam Qobadi Oğaz (87 kq), Radik İsaevə (+87 kq).

Qadınlardan isə yalnız Fəridə Əziziova (67 kq) mükafatlar uğrunda mübarizə aparacaq. Onun klub məşqçisi Səbuhi Zülfüqarov və ATF-in vitse-prezidenti Niyaməddin Paşayev də komanda ilə birlikdə Lüksemburqa yollanıb. Millimiz 12 iyulda Vətənə dönərək qarşıdan gələn Yay olimpiya oyunlarına hazırlıqlarını davam etdirəcək.

Həmin kateqoriyadan