- Baxış sayı: 76
- 05 Avqust 2026 22:33
- Baxış sayı: 561
- Avqust 12, 2026
- 0

Niderlandda keçirilən taekvondo üzrə “Dutch Open” başa çatıb. Allsport.az xəbər verir ki, millimiz G1 kateqoriyalı yarşıda 4 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıb.
Qaşım Maqomedov (58 kq), Milad Beigi (80 kq), Radik İsayev (87 kq+) və Fəridə Əzizova (67 kq) turnirin qalibi olub. Cavad Ağayev (68 kq) və Payam Qobadi Oğaz (87 kq) isə gümüş medal qazanıblar. Bəhruz Quluzadə (54 kq) yarışı yarımfinal mərhələsində başa vurub.
Baş məşqçilər – Reza Mehmandoust və Elnur Amanovun rəhbərliyi ilə komandamız bir həftə sonra Belçikanın Lommel şəhərində 14-15 mart tarixlərində keçiriləcək G2 kateqoriyalı açıq çempionata qatılacaq.