Taekvondoçularımız qitə çempionatında

8-11 apreldə Bolqarıstan paytaxtında taekvondoçuların qitə çempionatı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, ATF-in vitse-prezidenti Niyaməddin Paşayevin rəhbərliyi ilə bu gün komandamız Sofiyaya yollanacaq.

G4 kateqoriyalı yarışda kişilərdə ölkəmizi baş məşqçi Rza Mehmandostun rəhbərliyi Bəhruz Quluzadə (54 kq), Pərviz İsgəndərov (58 kq), Xanoğlan Kərimov (63 kq), Cavad Ağayev (68 kq), Ayxan Tağızadə (74 kq), Milad Hərçəqani (80 kq), Payam Oğaz (87 kq) və Radik İsaev (+87 kq) təmsil edəcəklər.

Qadınlarda Elnur Amanovun başçılığı ilə Minayə Əkbərova (46 kq), Patimat Abakarova (49 kq) və Fəridə Əzizova (67 kq) medallar uğrunda mübarizə aparacaqlar.

Döyüşlərin idarə edilməsində ATF-in baş hakimi Gündüz Abdullayev də yer alacar.

Həmin kateqoriyadan