Taekvondoçularımız şimala üz tutdu

Taekvondoçularımız Moskva qran-prinin final mərhələsinə qatılacaq. 

Allsport.az xəbər verir ki, dekabrın 6-da start götürəcək yarışa baş məşqçilər Reza MehmandustElnur Amanovun rəhbərliyi altında Cavad Ağayev (68 kq), Milad Beigi Harçeqani (80 kq) və Radik İsayev (+80 kq) yollanıb. 42 ölkədən 128 idmançının iştirak edəcəyi qran-pri “Dinamo” idman sarayında baş tutacaq.

Dünyanın reytinqli 16 kişi və qadın taekvondoçularının mübarizə aparacağı final mərhələsinin mükafatçıları aktivlərinə müvafiq olaraq 80, 48 və 28.8 reytinq əlavə edəcəklər. Qran-pri iki gün davam edəcək. 

Həmin kateqoriyadan