Taekvondoçularımızdan 6 qızıl, 2 gümüş və 1 bürünc medal

İsveç krallığında “Helsinqborq Open” keçirilib. Allsport.az xəbər verir ki, millimiz turnirdə 6 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıb.

Bəhruz Quluzadə (54 kq), Qaşım Məhəmmədov (58 kq), Cavab Ağayev (68 kq), Ayxan Tağızadə (74 kq), Radik İsayev (+87 kq) və Patimat Abakarova (53 kq) yarışı qalib başa vurub.

Fəridə Əzizova (67 kq) və Taleh Süleymanov (87 kq) həlledici döyüşdə məğlub olaraq gümüş medal qazanıb. Ramin Əzizov (87 kq) isə bürünc medala yetişib.

Həmin kateqoriyadan